Nəriman Nərimanov prospektində, Mərkəzi Parkın tam yanında, Elmlər Akademiyası–Nizami metrosu intervalında, köhnə Sovetski adlanan prestijli ərazidə ideal planlamaya malik mənzil satışa təqdim olunur.
Mənzil təmirsizdir və podmayak qiymətinə təklif olunur. Mövcud təmiri köhnə olduğundan yeni sahib zövqünə uyğun şəkildə rahatlıqla təmir edə bilər.
Mənzilin ən üstün cəhətlərindən biri binanın terras hissəsinin bağlanaraq mənzilə daxil edilməsidir. İstəyə uyğun olaraq bu sahəni təmir edib ayrıca istifadə etmək və ya arakəsməni sökərək otaqlara qatmaq mümkündür. Bu da mənzilin ümumi sahəsini və funksionallığını artırır.
Mənzil ideal planlamaya malikdir, tam yelçəkən layihədədir və həm dənizə, həm də Mərkəzi Parka açılan gözəl panoramaya sahibdir.
Qaz, su və işıq daimidir. Bütün sənədlər qaydasındadır.
Binanın liftləri işlək vəziyyətdədir. Bloklar və həyət səliqəli, geniş və baxımlıdır. Bundan əlavə, binanın qarajı da mövcuddur.
Ərazi şəhərin ən rahat və tələb olunan lokasiyalarından biridir. Yaxınlıqda məktəb, uşaq bağçası, supermarketlər, parklar, ictimai iaşə obyektləri və digər bütün zəruri infrastruktur yerləşir. Sakit mühiti və seçilən kontingenti ilə yaşayış üçün ideal seçimdir.
Ətraflı məlumat almaq və mənzilə baxış keçirmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.