Nərimanov rayonunda, Gənclik və Nəriman Nərimanov metrostansiyalarına cəmi 10 dəqiqəlik piyada məsafədə yerləşən premium binada mənzil kirayə verilir!
Mənzil Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin yaxınlığında, prestijli və əlverişli ərazidə yerləşən premium binadadır.
Ümumi sahəsi 55 kv.m olan mənzil 2 otaqlı studio layihəlidir. Tam təmirli və mebel-texnika ilə təmin olunmuş mənzil rahat yaşayış üçün bütün şəraitə malikdir.
Mənzil geniş giriş holu, studio tipli mətbəx-qonaq otağı, ayrıca yataq otağı, eyvan və sanitar qovşaqdan ibarətdir. İnteryer müasir üslubda hazırlanıb, mənzil səliqəli və yaşayış üçün tam hazır vəziyyətdədir.
Səliqəli və məsuliyyətli şəxslərə, həmçinin ailələrə üstünlük verilir.
Komendant pulu kirayə haqqına daxildir.
Ofis xidmət haqqı: 30%.
Rahat yerləşmə, premium bina və komfortlu yaşayışı bir arada axtaranlar üçün əla seçimdir!